Almaniyada Solingen hücumunda şübhəli bilinən şəxs polisə təslim oldu

Almaniyanın Solingen şəhərində şəhər festivalına gələnlərə bıçaqla hücum etməkdə şübhəli bilinən şəxs hadisədən 26 saat sonra polisə təslim olub.

 

Bu barədə “Bild” qəzeti məlumat yayıb.

 

O, şənbə günü yerli vaxtla saat 23 radələrində polisə yaxınlaşaraq "Axtardığınız mənəm" deyib. Qəzetin yazdığına görə, üzərində hələ də qurbanların qanının izləri olub.

 

Şimali Reyn-Vestfaliya daxili işlər naziri Herbert Reul bildirib ki, hücumu həyata keçirən şəxs nəzarətə götürülüb.

 

Şübhəli şəxs 2022-ci ildə qaçqın kimi Almaniyaya gələn 26 yaşlı suriyalıdır.

 

Xatırladaq ki, Almaniyanın Solingen şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxsin şəhər festivalının qonaqlarına bıçaqla hücumu nəticəsində azı 3 nəfər ölüb, daha 9 şəxs yaralanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.