İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubunda "Hizbullah" radikal hərəkatının obyektlərinə zərbələr endirməyə davam edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib.
"Hazırda Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubundakı bir neçə yerə zərbələr endirir. Biz təhdidləri məhv etməyə və "Hizbullah" terror qruplaşmasına intensiv zərbələr endirməyə davam edirik”, - Haqari vurğulayıb.
Bu arada Pentaqon nümayəndəsi Patrik Pet Rayde “Yahoo News” portalına açıqlamasında bildirib ki, ABŞ Livanın "Hizbullah" hərəkatı ilə münaqişəsində İsrailin müdafiəsini dəstəkləməyə hazırdır: "Vəziyyəti diqqətlə izləməyə davam edirik və ABŞ-ın İsrailin müdafiəsini dəstəkləməyə hazır olduğunu çox açıq şəkildə göstəririk".