Təl-Əvivdə İsrailin Arxa Cəbhə İdarəsinin göstərişi ilə ictimai tədbirlər ləğv edilib və çimərliklər bağlanıb.
TASS bildirir ki, bu barədə şəhər merinin müşaviri İlana Mixaeli məlumat verib.
“Şəhərdə 240 bomba sığınacağı açılıb, çimərliklər və mədəniyyət müəssisələri bağlanıb, ictimai tədbirlər ləğv edilib. Lazım gəlsə, yeraltı dayanacaqlardan bomba sığınacağı kimi istifadə etmək proqramı var”, - o deyib.
Qeyd edək ki, avqustun 25-i səhər saatlarında “Hizbullah” hərəkatının üzvləri İsraildəki hərbi obyektlərə 320-dən çox raket atıblar. Daha sonra İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.