ABŞ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazıdır və ölkədə “rəngli inqilab” hazırlayır.
Senzor.az bildiir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
“Tbilisi Maydanı”nda səsvermə zamanı “saxtakarlıq sübutları”nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır. Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək”, - deyə məlumatda bildirilir.
Həmçinin, ABŞ hakim “Gürcü arzusu”nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri ciddi şəkildə artırmağı planlaşdırır", - deyə məlumatda qeyd edilib.