Prezident Cozef Baydenin administrasiyası ABŞ ordusunu Ukraynaya görə sursatsız qoyub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Bizim sursatımız yoxdur, çünki hazırkı hakimiyyət onu Ukraynaya verib. Çoxlu miqdarda raket, mərmi və hər şey göndəriblər”, - deyə o qeyd edib.
Tramp əlavə edib ki, Qərbin köməyi olmasaydı, Ukrayna ilk həftədə məğlub olardı.