İraq və İran arasındakı Pərvizxan sərhəd keçid məntəqəsində yanğın baş verib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, dünən gündüz baş verən hadisə zamanı yanğın yaxınlıqda olan yanacaq daşıyan tankerlərə sıçrayıb. Tankerlər partlayıb və onlardan 11-i yararsız hala düşüb.
Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.
Yanğının gecə söndürüldüyü və hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir.