Netanyahu Mayamidə yaşayan oğlundan narahatdır:
İRANIN HƏDƏFİ YAİRDİR?

İsrailin Baş naziri Benyamin Netanyahu Mayamidə yaşayan oğlu Yairin mühafizəsinin gücləndirilməsini istəyib. Onun fikrincə, Yair İranın hədəfinə çevrilə bilər.

 

Bu barədə "The Times of İsrael" qəzeti  xəbər yayıb.

 

Nəşrin yazdığına görə, Netanyahu Tehranda Fələstinin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İranın iyulun 31-də xaricdəki israillilərə qarşı sui-qəsd törədəcəyindən narahatdır. Yair Netanyahu isə 2023-cü ilin martından Mayamidə yaşayır.

 

Baş nazirin istəyi ilə bağlı sorğu xüsusi xidmət orqanlarına göndərilib. Eyni zamanda, təhlükəsizlik xidmətinin adı açıqlanmayan rəsmiləri bildiriblər ki, Yair Netanyahunun təhlükədə olduğuna dair hər hansı bir əlamət yoxdur və buna görə də İsrail Baş Təhlükəsizlik Xidməti onun mühafizəsini gücləndirmək niyyətində deyil.

 

Qeyd edilir ki, İsrail mediasında yayılan bu xəbərlərdən sonra Netanyahunun Ofisi Yairin mühafizəsinin gücləndirilməsi ilə bağlı müraciət edilməsini təkzib edib.

 

Qəzetin yazdığına görə, Netanyahunun oğlu hazırda Mayamidə iki İsrail kəşfiyyatçısı tərəfindən qorunur. Bundan əlavə, onun şəxsi sürücüsü var. Onun təhlükəsizliyini təmin etmək ayda 55 min dollara başa gəlir.

 

Ötən həftə İsrailin N12 telekanalı Yair Netanyahunun yaşadığı Mayamidə -  dəbdəbəli yaşayış kompleksində partlayıcı qurğuya bənzəyən əşyanın tapıldığını bildirib. Polis həmin əşyanı onu yoxlayıb, həyəcan siqnalının yalan olduğu üzə çıxıb. Hadisə zamanı Netanyahunun oğlu binada olmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.