Türkiyənin İstanbul şəhərində güclü leysan problemlər yaradıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, şəhərdə bəzi küçə və prospektləri, evləri su basıb, avtomobillər körpünün altında suyun içində qalıb.
Şəhərin Avcılar bölgəsində parklanmış avtomobilin üzərinə ağac aşıb.
Sel, daşqın, dolu ilə bağlı əhaliyə diqqətli olmaq barədə xəbərdarlıq edilib.