Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanıldı
BÖYÜK MİQYASDA DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR

Rusiya müdafiə nazirinin keçmiş müavini, ordu generalı Pavel Popov saxlanılıb.

 

Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko komitənin "Telegram" kanalında məlumat verib.

 

Məlumata görə, Popov olduqca böyük miqyasda dələduzluqda ittiham olunub.

 

Bildirilir ki, o, Moskva vilayətinin Krasnoqorsk rayonunda özünə məxsus olan ərazidə "Patriot" parkının hesabına tikinti-təmir işləri aparıb, eləcə də, müxtəlif maddi sərvətlərin tədarükünü təşkil edib.

 

Pavel Popov üç il ərzində "Patriot" parkının təkmilləşdirilməsinə, saxlanılması işlərinə və fəaliyyətinə cavabdeh olub və parkın direktoru Vyaçeslav Axmedov, həmçinin Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini Vladimir Şesterovla birlikdə oradan pul çıxarıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.