Türkiyənin 23 vilayətində İŞİD terror təşkilatına qarşı “Gürz-10” əməliyyatları keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Onun sözlərinə görə, 5 gün ərzində Ankara və İstanbul da daxil olmaqla, 23 vilayətdə keçirilən əməliyyatda 119 şübhəli saxlanılıb.