Poltavaya hücum Vladimir Putinin Ukrayna xalqının iradəsini qırmaq cəhdlərini xatırladan addımdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Dəhşətli hücumu qətiyyətlə pisləyirəm. Bu hücum Putinin azad xalqın iradəsini qırmaq üçün davamlı və hədsiz cəhdlərinin faciəvi xatırlatmasıdır. Amma iki il yarımdır ki, Ukrayna xalqı möhkəm dayanıb. Amerika Ukrayna xalqının yanında olmağa davam edəcək, xüsusən də ölkənin müdafiəsi üçün lazım olan hava hücumundan müdafiə sistemləri və digər imkanları təmin edəcək. Rusiya bu müharibədə qalib gəlməyəcək. Ukrayna xalqı qalib gələcək”, - o bildirib.
Qeyd edək ki, dünən Rusiyanın Ukraynanın Poltava şəhərini atəşə tutması nəticəsində, son məlumatlara görə 53 nəfər ölüb, 271 nəfər isə yaralanıb.