Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Əfqanıstanda iqtidarı ələ keçirmiş radikal “Taliban” hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında iki ölkənin sərhədində silahlı toqquşmalar baş verib.

 

Bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, döyüşlər yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 18:30) Əfqanıstanın Xost vilayətində başlayıb. Yüngül və ağır silahların istifadə olunduğu toqquşmaların “Taliban”ın üç gündür mübahisəli sərhəd bölgəsində postlar tikdiyi üçün başladığı bildirilir. Zərərçəkənlər barədə məlumat verilmir.

 

“Report”xatırladır ki, Əfqanıstan və Pakistan arasındakı sərhəd mübahisəsi dünyada ən uzun sürən mübahisələrdən biridir. İngiltərə və Əfqanıstan mülkləri arasında delimitasiya sazişi 1893-cü ildə Kabildə Əmir Əbdürrəhman Xan və ser Henri Mortimer Dürand tərəfindən imzalanıb. 1947-ci ildə Britaniya Hindistanı süqut edənədək Əfqanıstan hökmdarları Dürand xəttini tanısalar da, 1947-ci ildən müstəqil Pakistanın yaranmasından sonra Kabil bu xətti rəsmi sərhəd kimi tanımır. Əfqanıstan – Pakistan ərazi mübahisəsi tez-tez silahlı toqquşmalara səbəb olur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.