Çin Afrika ölkələrinin hərbçilərinə təlim sahəsində dəstək verəcək, qitə ölkələrindən olan 6 min hərbi qulluqçu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşı üçün təlim təşkil edəcək.
TASS-ın verdiyi məlumata görə, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Çin-Afrika Əməkdaşlıq Forumunun (ÇAƏF) IX Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.
"Çin Afrikadan 6 min hərbi qulluqçunun və 1 000 hüquq-mühafizə orqanı əməkdaşının təlimini təmin edəcək. Biz regiondan 500 gənc zabiti ölkəmizə dəvət edəcəyik", - deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, bu proqram Çinin qlobal təhlükəsizlik təşəbbüsünə uyğun olaraq həyata keçiriləcək. Onun sözlərinə görə, Çin bu layihənin gerçəkləşməsi üçün 1 milyard yuan (140 milyon dollar) ayıracaq.
"Çin və Afrika tərəfi birgə təlimlər, məşqlər və patrul, "Minasız Afrika" tədbirləri keçirəcək", – ÇXR sədri əlavə edib.(“Report”)