Rusiya cavab versə, Avropada nələr yaşanacaq? - PUTİNDƏN QƏRBƏ XƏBƏRDARLIQ

"Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu Rusiya daxilində panika yaratmaq və vəziyyəti gərginləşdirmək məqsədi daşıyırdı, lakin düşmənin planları uğursuz oldu".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda deyib.

 

O, Ukrayna Silahlı Qüvvələrinin Kursk və Zaporojye Atom Elektrik Stansiyalarına yaxın əraziləri atəşə tutmasını "çox təhlükəli terror aktları" adlandırıb.

 

Rusiya liderinin sözlərinə görə, ölkəsinin bu atəşlərə mütənasib cavab verməyə başlayacağı təqdirdə Avropada nələr baş verəcəyini təsəvvür etmək çətin deyil.

 

Prezident, həmçinin qeyd edib ki, Ukrayna qüvvələrinin hərəkətləri Rusiya cəmiyyətini ancaq birləşdirib və Kursk vilayətindəki hadisələrdən sonra Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq istəyənlərin sayı daha da artıb.

 

Onun sözlərinə görə, Kiyevin digər bir məqsədi Rusiyanın Donbasdakı hücumunu dayandırmaq olub.

 

"Düşmənin məqsədi bizi əsəbiləşdirmək, təlaşlandırmaq, qoşunları bir sahədən digərinə köçürmək və əsas istiqamətlərdə, ilk növbədə azad edilməsi bizim prioritetimiz olan Donbasda hücumumuzu dayandırmaq idi", - deyə o əlavə edib.

 

Putinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri vəziyyəti sabitləşdirib və sərhədyanı ərazilərdən Ukrayna ordusunu sıxışdırmağa başlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.