Böyük Britaniya hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya əlavə 650 çoxməqsədli “Martlet” raketi verəcək.
"Report"un məlumatına görə, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Dəyəri 160 milyon funt-sterlinqdən (210 milyon dollar) çox olan yeni yardım paketi sentyabrın 6-da ABŞ-ın Almaniyadakı Ramşteyn aviabazasında Ukraynaya hərbi yardım üzrə Qərb Əlaqə Qrupunun iclasından əvvəl elan edilib.
İlin sonuna qədər “Martlet” raketlərinin əlavə partiyasının Londondan Kiyevə daşınacağı gözlənilir.