Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclasında iştirak etmək üçün ABŞ-a məxsus Ramşteyn aviabazasına gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Mən qrupun iclasında iştirak edəcəyəm, ABŞ və Almaniyanın müdafiə nazirləri Lloyd Ostin və Boris Pistorius ilə görüşəcəyəm. Almaniya Kansleri Olaf Şoltsla ayrıca danışıqlar aparacağam", - paylaşımda qeyd edilib.
O bildirib ki, bundan sonra İtaliyaya səfər edəcək: "Ambrosetti" beynəlxalq iqtisadi forumunda iştirak, İtaliya biznesinin nümayəndələri ilə görüşlər, İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloni ilə danışıqlar planlaşdırılır. Biz bütün G7 müttəfiqləri ilə mövqeləri razılaşdıracağıq”.