ABŞ-ın Kentukki ştatında magistral yolda atışma baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ştatın qubernatoru Endi Beşir məlumat verib.
Onun sözlərinə görə, I-75 şosesindəki atışmaya görə hüquq-mühafizə orqanları yolu hər iki istiqamətdə bağlayıb.
"Bu ərazidən çəkinin", - qubernator "X" sosial şəbəkəsində yazıb.
Laurel dairəsinin inzibati mərkəzinin meri Rendall Uedl 7 nəfərin yaralandığını, ölənlər barədə məlumat olmadığını bildirib.
Hücumu törətməkdə 32 yaşlı Cozef Kuç şübhəli bilinir, amma hələ də saxlanılmayıb.