ABŞ Dövlət Departamenti Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə üçün yeni vasitədən istifadə etmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ Gürcüstanda hakimiyyəti zorla ələ keçirmək üçün kütləvi etiraz aksiyalarının təşkilini planlaşdırır.
“ABŞ Gürcüstanda keçiriləcək seçkilərə müdaxilə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə Gürcüstan istiqamətində “əməkdaşlıq” barədə razılığa gəlib.
Səsverməyə 10-20 gün qalmış ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə bağlı hesabat dərc etməlidir. İradə ifadəsinin ilk nəticələri dərc edildikdən sonra seçki prosesinin demokratiya normalarına uyğun gəlməməsi ilə bağlı rəy də təqdim olunacaq. Məqsəd Vaşinqtonun bəyənmədiyi “Gürcü Arzusu” partiyasının qələbəsinin qarşısını almaqdır”, - Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumtda qeyd olunub.