İsrail radikal HƏMAS hərəkatının siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvarı ölü və ya diri tapıb mühakimə edəcək.
Senzor.az bildirir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
O, həmçinin Sinvarı “Əl-Qaidə” terror təşkilatının qurucusu Üsamə bin Ladenlə müqayisə edib: “Yəhya Sinvar Qəzzanın yeni Usamə bin Ladenidir. Biz onu tapacağıq, mühakimə edəcəyik. Diri və ya ölü”.
Yerli mətbuatın yazdığına görə, İsrail elə hesab edir ki, Sinvarın ələ keçirilməsi və ya öldürülməsi HƏMAS hərəkatının idarəetmə iyerarxiyasının dağılmasına və sonradan onun buraxılmasına səbəb ola bilər.