Lukaşenko Paşinyan haqqında: "Mən onlara şəxsən xəbərdarlıq etdim"

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, son illər Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrə görə günahı Ermənistan rəhbərliyi daşıyır.

 

TASS xəbər verir ki, bunu o, Belarusda yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə deyib.

 

“Qarabağda baş verənlər isə təkcə Ermənistan rəhbərliyinin günahıdır, mən şəxsən onlara (Ermənistan hakimiyyətinə - red.) xəbərdarlıq etmişəm: əraziləri onlara (Azərbaycana – red.) ver. Üstəlik onlar (Ermənistan – red.) etiraf ediblər ki, bu “bizim ərazilər deyil. Bəli, bu bizim ərazilər deyil, Azərbaycanındır. Lakin biz verməyəcəyik, döyüşəcəyik”, – o vurğulayıb.

 

Belarus lideri qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb: "Və bu mənim xəttim idi. Mən bunu İrəvanda bağlı qapılar arxasında dedim. Sonra Putindən xahiş etdim. Artıq ikimiz Paşinyandan xahiş etməyə başladıq: Bu problemi həll edin!”

 

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan buna belə cavab verib: “Xeyr, döyüşəcəyik”.

 

“Döyüşüb dincəldilər. Sonra Rusiyaya və ya hələ bizə acıqlanmağın adı nədir?Axı sən özün Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edibsən”, – dövlət başçısı bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.