İran xarici işlər nazirinin müavini İrəvana gedir

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana gedəcək.

 

Bu barədə o, "X" sosial şəbəkəsində erməni həmkarı Vaan Kostanyanla söhbətindən sonra məlumat yayıb.

 

"İndicə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan mənə zəng vurdu. Bütün qonşularımızla münasibətləri möhkəmləndirmək istəyimizi bir daha təsdiqlədim. Mən beynəlxalq sərhədlərin toxunulmazlığı ilə bağlı prinsipial mövqeyimizi bildirdim. Onun İrəvana səfərlə bağlı dəvətini isə məmnuniyyətlə qəbul etdim",- paylaşımda yazılıb.

 

Xatırladaq ki, bundan əvvəl Kostanyan da telefon danışığı barədə məlumat yaymışdı. O qeyd edib ki, İranın Ermənistan respublikasının ərazi bütövlüyü ilə bağlı mövqeyini yüksək qiymətləndirir.

 

Azvision.az xatırladır ki, İran rəsmiləri İkinci Qarabağ Müharibəsindən sonra tez-tez Ermənistanın sərhədinin dəyişdirilməsinin onlar üçün “qırmızı xətt”  olduğunu bəyan edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.