İranın bir neçə vilayətində çörək mağazaları və sexlərinə əfqanıstanlılara çörək satılmaması barədə göstəriş verilib.
Bu barədə əfqanıstanlı qaçqınlar sosial mediada paylaşım ediblər.
Onlar bu hərəkətin Kirman vilayətinin Bordsir şəhərindən başladığını və bir neçə gün ərzində başqa şəhərlərdə də tətbiq edildiyini bildiriblər.
“Qaçqınlara çörək satışı qadağandır, əks təqdirdə qaydanı pozanlara qarşı hüquqi ölçü götürüləcəkdir”,- çörək mağazalarının qapılarına asılan lövhələrdə xəbərdarlıq edilib.
Axar.az xatırladır ki, bir neçə gün əvvəl İranın Daxili İşlər Nazirliyi 2025-ci ilin mart ayına kimi İranda yaşayan əfqanıstanlı qaçqınların çoxunun ölkədən deportasiya ediləcəyi barədə bəyanat yaymışdı.