Şərqi və Mərkəzi Avropada leysan yağışları və daşqınlar nəticəsində azı 6 nəfər ölüb, itkin düşənlər var.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rumıniya, Çexiya, Polşa, Slovakiya, Macarıstan, Almaniyanın cənubu və Avstriyanın bəzi hissələri son günlər şiddətli yağışlara məruz qalıb, daşqınlar nəticəsində minlərlə insan təxliyə edilib. Proqnozlara görə, növbəti günlərdə daha çox yağış yağacaq, çayların səviyyəsi yüksələcək və külək güclənəcək.
Rumıniyada isə daşqınlar nəticəsində 5 nəfər həyatını itirib, minlərlə insan təxliyə edilib.
Çexiya və Polşanın bəzi hissələri demək olar ki, otuz ilin ən güclü daşqınları ilə üzləşib. Polşanın cənub-qərbində bir mülki şəxs həyatını itirib. Çexiyada daşqın kritik mərhələyə çatıb, güclü yağışlar çayların daşmasına səbəb olub, 100 mindən çox insan təxliyə edilib. İndiyədək on minlərlə evə ziyan dəyib, 3 nəfər itkin düşüb. Polşanın Çexiya sərhədi yaxınlığındakı tarixi Qluxolazi şəhərində körpü uçub.
Avstriyada isə bir xilasedici təbii fəlakət nəticəsində ölüb.
Macarıstanda isə rəsmilər son illərin ən böyük daşqınlarından birinin Budapeştə yaxınlaşdığını bildiriblər.
**10:18
Polşanın cənub bölgəsində ciddi daşqınlar baş verib və ordu xilasetmə əməliyyatlarına cəlb edilib.
Senzor.az bildirir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
Bildirilir ki, Skosnaya və Helmonski küçələrində suyun hündürlüyü bir metrə qədər çatıb. Şəhərin meriyası, vəziyyətin ciddi olması səbəbindən şəhərə girişləri bağlamağa qərar verib.
Məlumatda qeyd olunur ki, daşqınlar güclü yağışların nəticəsində yaranıb və bu, yerli hakimiyyət orqanlarının təxirəsalınmaz tədbirlər görməsinə səbəb olub.
Daha ətraflı videomaterialda: