Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 16-da Tbilisiyə səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, hökumət Administrasiyasında qarşılanma mərasimi yerli vaxtla saat 14:00-da keçiriləcək.
O, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə həm təkbətək, həm də geniş formatda danışıqlar aparacaq, bundan sonra KİV üçün bəyanatlar planlaşdırılır.
Onu da qeyd edək ki, bu ayın əvvəlində Ermənistanın müdafiə naziri Suren Papikyan Gürcüstana səfər etmişdi.