Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Almaniya Kansleri Olaf Şolts arasında planlaşdırılan birgə mətbuat konfransı gözlənilmədən Qazaxıstan tərəfinin təşəbbüsü ilə ləğv edilib.
Senzor.az bildirir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
Buna baxmayaraq, Kansler Tokayevlə görüşdən sonra jurnalistlərlə söhbətləşib.
Qazaxstanlı həmkarlarının belə bir addımını nə dərəcədə qonaqpərvər hesab etməsi ilə bağlı sualı cavablandıran Kansler bütün dünyada jurnalistlər üçün yaxşı iş şəraitinin olmasını arzu etdiyini söyləyib.
Qeyd edək ki, Almaniya Kansleri Qazaxıstanda rəsmi səfərdədir. Səfər çərçivəsində sentyabrın 16-da ölkələr arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.
Bundan başqa, danışıqların yekununa dair Prezident Kasım-Jomart Tokayev və Kansler Olaf Şolts Qazaxıstan Respublikası ilə Almaniya arasında əməkdaşlıq haqqında Birgə Bəyannamə qəbul ediblər.