Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 24-də Nyu-Yorka səfəri çərçivəsində Yunanıstanın Baş naziri Kiriakis Mitsotakis ilə danışıqlar aparacaq.
Bu barədə "CNN Türk" məlumat yayıb.
Bildirilib ki, onlar ikitərəfli münasibətlərə dair danışıqlar aparacaqlar.
Bundan başqa, Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində çıxış edəcək.