Fransanın yeni hökumətinin tərkibi rəsmi surətdə elan olunub. "Bu, Beşinci Respublikanın başlanğıcından bəri ən incə hökumətin tərkibinin müəyyən edilməsidir", - deyə Emmanuel Makronun partiyasının nümayəndəsi bəyan edib.
Senzor.az bildirir ki, Mişel Barnyenin hökumət komandasının tərkibi prezident koalisiyasının müxtəlif partiyalar və sağçılar arasında iki həftədən çox davam edən çətin danışıqlardan sonra elan edilib. 39 nazir, portfelsiz nazir və dövlət katibinin siyahısını Yelisey Sarayının baş katibi Aleksis Kohler açıqlayıb.
Siyahıdan bəlli olur ki, hökumətin tərkibində erməni əsilli iki nazir də var. Belə ki, Astrid Panosyan-Buve əmək və məşğulluq naziri təyin olunub. Qiyom Kasparyan isə dövlət qulluğu işləri, dövlət fəaliyyətinin sadələşdirilməsi və transformasiyası naziri vəzifəsini icra edəcək.
Astrid Panosyan-Buve
Qeyd edək ki "Demokratik Hərəkat Partiyası"ndan olan Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-nin çiçəklənməsi və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş "İntibah" partiyasından olan Stefan Sejurneni əvəzləyəcək.
Əvvəlki hökumətdən mədəniyyət naziri Raşida Dati və müdafiə naziri Sebastyan Lökornü əvvəlki vəzifələrdində qalıblar.