Ukrayna Rusiyanın silah anbarını bu raketlə vurdu - ZƏLZƏLƏ YARANDI
VİDEO

Ukrayna Krasnodar diyarının Tixoretsk şəhərindəki raket anbarına “Palyanitsa” raket-dronu ilə zərbə endirib.

 

Bu barədə “Forbes” məlumat yayıb.

 

“Vurulan anbarda 2 min ton döyüş sursatı, o cümlədən Şimali Koreya istehsalı olan raketlər olub. Yüksək alov şarı da zərbənin miqyasını göstərir. Partlayış lokal zəlzələ yaradıb və kosmosdan belə görünüb”, - məlumatda qeyd olunub.

 

Nəşr qeyd edib ki, sursat anbarlarına ardıcıl hücumlar Ukraynanın Rusiya daxilindəki strateji hədəflərə dərin zərbələr endirmə kampaniyasının dəyişməsindən xəbər verir: “Kiyev uzun müddət müttəfiqlərindən “Storm Shadow”, “SCALP-EG” və ABŞ raketləri ilə Rusiyanı vurmaq üçün icazə istədi, lakin onlar daim rədd cavabı aldılar. Səbri tükəndiyi üçün ukraynalılar yerli PUA və raketlərin istehsalını ikiqat artırıblar və artıq heç kimdən icazə istəmədən Rusiya daxilində hədəfləri atəşə tuta bilərlər. Son hücumlar da Ukraynanın dərin zərbələrinin artdığını göstərir. Sonuncu reydlər daha dağıdıcı oldu. Bu, Ukrayna PUA-ları qədər uzağa uçmayan, lakin daha güclü silaha işarə edir. Toropetsdə ruslar sursat anbarı partlamadan əvvəl təyyarə mühərriklərinin səsini eşitdiklərini iddia ediblər. Bu, “Palyanitsa” idi”.

 

Qeyd edək ki, “Palyanitsa” raket-dronunun ilk dəfə atışı avqustun 24-də həyata keçirilib və Krımdakı hədəfi məhv edib. Bu raket Çexiya və Ukraynanın birgə istehsalı olan turboreaktiv mühərrikə malikdir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.