Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də Kremldə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.
Senzor.az bildirir ki, məlumatı Kremlin saytı yayıb.
Görüşün təfərrüatları açıqlanmayıb. Yalnız o qeyd olunub ki, Rusiya tərəfdən görüşdə Federasiya Şurasının sədri Valentina Matvienko iştirak edib.
Qeyd edək ki, Moskvada səfərdə olan N.Kurtulmuş Prezidentdən əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.
İki dövlət arasında əməkdaşlığı müzakirə edən siyasətçilər qeyd ediblər ki, Moskva ilə Ankara arasında yüksək səviyyəli etimad həm də iki ölkənin liderləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasındakı mehriban münasibətlər sayəsində mümkün olub.
Rusiya-Türkiyə münasibətləri intensiv şəkildə inkişaf edir və Ankara Moskva ilə ticarət dövriyyəsində ilk üçlükdə yer alır.