"Birləşmiş Ştatlar Çində müsəlmanların insan haqlarına hədsiz diqqət yetirir. Bununla yanaşı, ABŞ müsəlman olan mülki şəxslərin qurbana çevrildiyi Yaxın Şərqdəki münaqişəni dəstəkləyir".
Rusiya mediası xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq İ Nyu-Yorkda bir sıra ölkələrin xarici işlər nazirlərinin toplantısında çıxışı zamanı deyib.
"Çindəki müsəlmanlar arasında insan haqlarına bu qədər əhəmiyyət verən ABŞ niyə Yaxın Şərq kimi bölgələrdə müharibələri təhrik etməyə və ya dəstəkləməyə davam edir?",- nazir sual edib.
O qeyd edib ki, ABŞ-ın müvafiq siyasəti mülki əhali arasında çoxlu sayda itki və ciddi tələfatlara səbəb olur. Buna görə də Vanq İ ABŞ-ı ikili standartlar siyasəti yürütməkdə ittiham edib.