Türkiyənin BRİKS-ə daxil olması onun NATO-dan çıxması demək deyil - ƏRDOĞAN

Türkiyənin BRİKS və ya ASEAN-a qoşulması onun NATO-dan çıxması demək deyil.

 

"Anadolu" agentliyinin verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasından qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

 

“Bu birliklərin bir-birinə alternativ olduğunu düşünmürük. Müasir dövrdə beynəlxalq gərginlik yaşansa da, bizə Soyuq müharibə dövrünün çoxdan keçdiyini söyləyənlər var. Bəzi qüvvələr var ki, bizi BRİKS-ə qoşulmamağa çağırırlar. Bu həmin qüvvələrdir ki, illərdir bizi Avropa İttifaqının qapısında gözləməyə məcbur ediblər. Gələcəyimizi heç vaxt onların fikri əsasında qura bilmərik”, - Ərdoğan bildirib.

 

“Düşünürəm ki, BRİKS və ASEAN-da mövcudluğumuz regionumuzun arifmetikasını dəyişəcək. Bu, tamamən fərqli struktur yaradacaq”, - deyə Ərdoğan vurğulayıb.

 

Türkiyə lideri əlavə edib ki, ölkəsinin kontinental Avropa və Amerika ilə yanaşı, Mərkəzi Asiya, Rusiya, Baltikyanı, Uzaq Şərqlə əlaqələri, ərəb coğrafiyasında dərin tarixi kökləri və Körfəz ölkələri ilə münasibətləri faktını nəzərdən qaçırmaq olmaz.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.