İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları “Hizbullah”ın qərargahının yerləşdiyi Beyrutun cənub ətrafına azı 10 raket zərbəsi endirib.
Bu barədə TASS məlumat yayıb.
Hücum azı üç dəqiqə davam edib və paytaxtın cənub-qərb rayonlarına, o cümlədən Rusiyanın Livandakı səfirliyinin yerləşdiyi məhəlləyə ziyan dəyib.
Zərbənin Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən Burc əl-Barajna düşərgəsi yaxınlığındakı “Hizbullah” qərargahına endirildiyi ehtimal edilir.
**
İsrail mediasının məlumatına görə, “Hizbullah”ın Beyrutdakı mərkəzi qərargahına hücumun hədəfi təşkilatın lideri Həsən Nəsrullah olub. Düzdür, hücum edən tərəf hədəfinə çatmayıb. Amma yüzlərə ölənin və yaralının olduğu bildirilir.
“Jerusəlim Post” isə hədəfin Nəsrullah olması ilə bağlı heç bir rəsmi təsdiq olmadığını yazıb.