İsrail ordusunun endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 595 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumilikdə 96 251 insan zərər çəkib.
Yalnız son sutkada 9 nəfər ölüb, 41 nəfər yaralanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.