ABŞ-ın cənub-şərqində “Helen” qasırğası 116 nəfərin ölümünə səbəb olub.
CBS News telekanalı xəbər verir ki, təbii fəlakət nəticəsində Şimali Karolinada 46 nəfər, Cənubi Karolinada 27 nəfər, Corciyada 25 nəfər, Floridada 13 nəfər, Tennessidə dörd nəfər, Virciniyada isə bir nəfər həyatını itirib.
Eyni zamanda Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina və Virciniya ştatlarının 2 milyondan çox sakini qasırğa səbəbindən hələ də işıqsız qalıb.
“Helen” qasırğası cümə axşamı günü yerli vaxtla saat 23:10-da (Bakı vaxtı ilə cümə günü saat 7:10) Florida ştatının şimalını vurub. Qasırğanın mərkəzində küləyin sürəti saatda 240 kilometr olub. Leysan yağışları səbəbindən bölgədə daşqınlar baş verib.