İSRAİL ORDUSU LİVAN ƏRAZİSİNƏ DAXİL OLDU - Aİ ölkələri BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edirlər

İsrail Livanın cənubunu tanklardan kütləvi atəşə tutmağa başlayıb.

 

Bu barədə Livanın MTV telekanalı məlumat yayıb.

 

Məlumata görə, İsrailin zirehli texnikası artilleriya və aviasiyanın müşayiəti altında Livan ərazisinə daxil olub. Hazırda İsrail istehkamçıları Livanın cənubunda maneələri aradan qaldırır və İsrail texnikasının sərhədyanı ərazilərə gətirilməsi davam edir.

 

Bildirilir ki, İsrailin ilk əsas hədəfi Livanın cənubunda 20 kilometrlik təhlükəsizlik zolağı yaratmaqdır.

 

Bundan əlavə, sərhəddə yerləşən BMT-nin Livandakı sülhməramlı qüvvələrinin (UNIFIL) təxliyə edilərək mövqelərini geri çəkdiyi barədə məlumatlar var.

 

Xatırladaq ki, ABŞ-ın Yaxın Şərqdəki bütün hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

 

İsrail Livanla sərhədi yaxınlığında "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatlar keçirməsi barədə ABŞ-ı  məlumatlandırıb. Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

 

Bu arada Avropa İttifaqına üzv ölkələr BMT Təhlükəsizlik Şurasının (TŞ) Livandakı vəziyyətlə bağlı təcili iclasının çağırılmasını tələb ediblər.

 

Bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell təşkilata üzv 27 ölkənin xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra deyib.

 

"Üzv ölkələr də BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik", - deyə o bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.