İsrail Livanda əməliyyat keçirir - "ŞİMAL OXLARI"
VİDEO

Xəbər verdiyimiz kimi, İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı sərhəd bölgəsində “məhdud, lokallaşdırılmış və hədəfli reydlər”ə başladığını elan edib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Müdafiə Qüvvələrinin sosial media hesabında paylaşım edilib.

 

Əməliyyatın məqsədinin “Hizbullah” hərəkatının infrastrukturunun məhv edilməsi olduğu bildirilir.

 

“Hökumətin qərarına əsasən, İsrail ordusu bir neçə saat əvvəl Livanın cənubunda “Hizbullah” terror təşkilatının hədəfləri və infrastrukturuna qarşı sərhədə yaxın yerləşən bir sıra kəndlərdə hədəflənmiş quru əməliyyatına başlayıb” , - deyə açıqlamada qeyd olunub.

 

“Şimal oxları” adlandırılan əməliyyatın Baş Qərargah və Şimal Komandanlığının son aylarda hazırladığı plana uyğun olaraq həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, əməliyyatın müddəti ümumi vəziyyətin, o cümlədən Qəzza zolağındakı vəziyyətin qiymətləndirilməsindən asılı olacaq.

 

“Quru qoşunları hava qüvvələri və artilleriya zərbələri ilə dəstəklənir, onlar öz hərəkətlərini quru qoşunları ilə əlaqələndirir, göstərilən ərazidə hərbi hədəflərə hücum edirlər. İsrail ordusu müharibənin məqsədlərinə çatmaq üçün mübarizəni davam etdirir və İsrail vətəndaşlarını qorumaq və şimal sakinlərinin evlərinə təhlükəsiz qayıtması üçün lazım olan hər şeyi edir”, - açıqlamada deyilir.

 

Qeyd edək ki, sentyabrın 30-da İsrail ordusu Livanın üç şəhəri - Metula, Misqav Am və Kfar Giladi ətrafını qapalı hərbi zona elan edib. Bir müddət sonra İsrail ordusu Beyrutun üç məhəlləsinin sakinlərini Hizbullah obyektlərinin yaxınlığında yerləşən binaları boşaltmağa çağırıb. İsrail qırıcıları daha sonra Beyrutun cənub ətrafına hücum edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.