ABŞ administrasiyası: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

ABŞ administrasiyası İsrailə bugünkü raket hücumunun İran üçün ciddi fəsadları olacağını təsdiqləyir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ağ Evdə xüsusi brifinqdə çıxış edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

 

Ceyk Sallivan Vaşinqtonun Tehrana cavabının sanksiyalardan kənara çıxa biləcəyi ilə bağlı məsələnin qaldırılmasını qanuni adlandırıb. "Tamamilə qanuni məsələdir. Cavab isə israilli həmkarlarımızla danışıqlar və məsləhətləşmələrə əsaslanacaq. Burada sizin qarşınızda dayanaraq cavab verməyim hələ tezdir. Biz bunun hücum olduğunu açıq şəkildə bildirdik. Bunun dəhşətli fəsadları olacaq və biz israillilərlə birlikdə bunun belə olduğuna əmin olmaq üçün işləyəcəyik”, - Amerika liderinin müşaviri bildirib.

 

O, təfərrüatlara varmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.