Fələstin HƏMAS hərəkatının hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Təl-Əvivin cənubunda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə radikalların Telegram kanalında müvafiq bəyanat yerləşdirilib.
Yaraqlıların sözlərinə görə, yaxın bir neçə gün ərzində yeni hücumlar olacaq.
Qeyd edək ki, Təl-Əviv şəhərinin cənubunda oktyabrın 1-də axşam saatlarında baş verən atışma nəticəsində İsrailin 7 vətəndaşı ölüb, 16-sı yaralanıb. Müəyyən edilib ki, terror aktını iki nəfər törədib, onlardan biri ölüb, digəri isə ağır yaralanıb. Hər ikisi Hevron (İordan çayının qərb sahilindəki şəhər) sakinidir.