Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron bu gün Parisdə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər.

 

Senzor.az Ermənistan hökumətindən verilən məlumata istinadən bildirir ki, Paşinyan görüşdə Azərbaycanla sülh müqaviləsi layihəsinin müzakirəsinin nəticələrinə toxunub və bu sənədin bəndlərinin 80 %-nin razılaşdırıldığını bildirib.

 

Paşinyan onu da vurğulayıb ki, Ermənistan suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regional kommunikasiyaları açmağa da hazırdır.

 

Tərəflər Ermənistan-Aİ əməkdaşlığını, o cümlədən Aİ-nin Ermənistandakı missiyasını, Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması, Avropa Sülh Fondunun Ermənistana dəstəyi ilə bağlı məsələləri də müzakirə ediblər.

 

Qeyd edək ki, N.Paşinyanın Fransanın baş naziri Mişel Barnye ilə də görüş nəzərdə tutulub.

 

Paşinyan Beynəlxalq Frankofoniya Təşkilatının növbəti sammitində də iştirak edəcək.

 

Xatırladaq  ki, Beynəlxalq Frankofoniya Təşkilatına üzv dövlət və hökumət başçılarının görüşü 1986-cı ildən keçirilir. Ermənistan 2027-ci ildə Beynəlxalq Frankofoniya İdman və Mədəniyyət Oyunlarına ev sahibliyi edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.