ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 200-ə çatıb.
Bu barədə "Associated Press" agentliyi xəbər verib.
Xilasedicilər xeyli insanin hələ də itkin düşmüş hesab edildiyini nəzərə alaraq ölənlərin sayının artacağını istisna etmirlər.
Təbii fəlakət ilk növbədə altı ştata təsir edib: Şimali Karolina, Corciya, Cənubi Karolina, Florida, Tennessi və Virciniya.
Oktyabrın 3-ü səhər saatlarına olan məlumata görə, ABŞ-də təxminən 1 milyon insan işıqsız qalıb. Onların əksəriyyəti Cənubi və Şimali Karolina sakinləridir.
Daha ətraflı videomaterialda: