İranın XİN rəhbəri Beyrutda Livanın Baş naziri ilə görüşüb
YENİLƏNİB, FOTO/VİDEO


İranın xarici işlər naziri Abbas Ərakçı Livanın Baş naziri Nəcib Mikati ilə görüşüb.

 

Bu barədə “Tasnim” məlumat yayıb.

 

Qeyd edilib ki, Nəcib Mikati Beyrutda görüş zamanı İrana çətin anlarda Livan hökumətinə və xalqına dəstək verdiyinə görə, təşəkkür edib. Baş nazir Ərakçıya Livandakı son hadisələrlə bağlı məlumat verib və BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyini pisləyib.

 

Ərakçı İsrailin hücumunun dayandırılması üçün beynəlxalq təşkilatların birgə fəaliyyət üçün səfərbər edilməsinin vacibliyini vurğulayıb.


**12:04


İranın xarici işlər naziri Abbas Ərakçı Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün bu ölkədə səfərdədir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Baqai "X" səhifəsində məlumat verib.

  

Məlumatda bildirilib ki, Abbas Əraqçı Livanın baş naziri və parlamentin spikeri ilə görüşəcək.

 

Qeyd olunub ki, tərəflər Livandakı son hadisələri və regional vəziyyəti müzakirə edəcəklər.

 

O da bildirilib ki, Abbas Ərakçının  başçılıq etdiyi nümayəndə heyətinə İran parlamentinin iki deputatı və Qızıl Aypara Cəmiyyətinin başçısı daxildir.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.