Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iki ölkə liderləri BRICS-in Kazanda keçiriləcək sammitinin tədbirləri zamanı ayrıca görüşün keçirilməsi ilə bağlı əldə olunmuş razılaşmanı təsdiqləyiblər.