Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla oktyabrın 11-də görüş keçirəcək.
Senzor.az bildirir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Qeyd olunub ki, liderlər Türkmənistanda keçiriləcək forum çərçivəsində bir araya gələcəklər. Y.Uşakov V.Putinin M.Pezeşkianla Yaxın Şərqdə pisləşən vəziyyəti müzakirə etməyi planlaşdırdığını söyləyib.
Xatırladaq ki, göstərilən tarixdə Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fəraqinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş “Dövrlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsi” adlı beynəlxalq forum keçiriləcək. Dəvət olunan ölkələrin liderləri arasında V.Putinlə M.Pezeşkianla yanaşı Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan prezidentləri, bir sıra digər dövlətlərin nümayəndələri də var.