Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibətilə xüsusi hədiyyə göndərib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin xarici məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
“Türkiyə Prezidenti dünənki danışığından əvvəl xüsusi olaraq hədiyyə göndərib”, - Uşakov bildirib.
Uşakov bunun yaxşı türk hədiyyəsi olduğunu deyib.
Hədiyyənin dövlət qulluqçuları üçün icazə verilən üç min rubl daxilində olub-olmaması sualına cavab verən Uşakov onun bir az bahalı olduğunu qeyd edib.
Uşakov Putinin başqa hədiyyələr də aldığını bildirib.
Qeyd edək ki, 7 oktyabrda Putinin 72 yaşı tamam olub.