Bayden “Milton” qasırğasına görə xarici səfərlərini təxirə saldı

ABŞ Prezidenti Cozef Bayden Florida istiqamətində sürətlə irəliləyən “Milton” qasırğasına görə bu həftə Almaniya və Anqolaya planlaşdırılan səfərlərini təxirə salıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb. 

 

“Milton” qasırğasının proqnozlaşdırılan trayektoriyasını və gücünü nəzərə alaraq Prezident cənub-şərqdə “Helene” qasırğasının təsirlərini aradan qaldırmaq üçün davam edən tədbirlərlə yanaşı “Milton” qasırğasına qarşı hazırlıqlara və ona cavab tədbirlərinə nəzarət etmək üçün Almaniya və Anqolaya səfərlərini təxirə salır”, - deyə Ağ Evdən bildirilib.

 

Qeyd edək ki, sentyabrın sonlarında ABŞ-ın cənub-şərq sahillərində hökm sürən “Helene” qasırğası 6 ştatda 200-dən çox insanın həyatına son qoyub. “Milton” qasırğasının isə oktyabrın 9-u axşam saatlarında Florida ərazisinə çatacağı proqnozlaşdırılır. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, “Milton” qasırğası Floridada ən dağıdıcı qasırğadır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.