Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Rusiyanın aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 35 milyard avro (təxminən 40 milyard dollar) ayrılması barədə razılığa gələ bilərlər.
Bu barədə "Politico" qəzeti yazır.
Bundan sonra qərar Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. Noyabrda rəsmi olaraq təsdiqlənə bilər.