İran parlamentinin 39 nəfərdən ibarət qrupu ölkənin Ali Milli Təhlükəsizlik Şurasına müdafiə doktrinasına yenidən baxılması və nüvə silahının hazırlanmasına icazə verilməsi üçün rəsmi məktub göndərib.
TASS xəbər verir ki, bu barədə müraciətin təşəbbüskarı deputat Həsənəli Əxlaqi Əmiri məlumat verib.
"Ali Milli Təhlükəsizlik Şurasına hazırda 39 deputatın imzaladığı məktub göndərilib. Məktubun mövzusu ölkənin nüvə silahı sahəsində müdafiə doktrinasına yenidən baxılması xahişidir", - o qeyd edib.