İrakli Kobaxidze: "Gürcüstanda Rusiyaya qarşı "ikinci cəbhə" açmaq istəyirlər"

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin Tbilisiyə qarşı qəbul etdiyi qətnaməni ədalətsiz adlandırıb.

 

İ.Kobaxidze bu barədə "İmedi" telekanalına müsahibəsində deyib.

 

Gürcüstanın baş naziri vurğulayıb ki, məqsəd hakim “Gürcü Arzusu” Partiyasını cəzalandırmaq və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasına himayədarlıq etməkdir.

 

İ.Kobaxidze söyləyib ki, qətnamənin arxasında Gürcüstanda Rusiyaya qarşı "ikinci cəbhə" açmaq istəyən qüvvələr dayanır.

 

"Onlar bu qətnaməni qəbul etməklə oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisi öncəsi gürcüstanlı seçicilərinin iradəsinə təsir etmək niyyətindədirlər", - deyə Gürcüstanın Baş naziri əlavə edib.

 

Oxu.az xatırladır ki, ötən gün Avropa Parlamentinin (AP) deputatları Gürcüstanın demokratiyadan geri çəkilməsi ilə bağlı qətnamə qəbul edərək Tbilisiyə ayrılan Avropa maliyyəsinin dondurulmasını tələb ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.