Pakistanda kömür mədəninə silahlı hücum:
20 ÖLÜ, 7 YARALI

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində terror aktı baş verib.

 

Bu barədə Associated Press məlumat yayıb.

 

Məlumata görə, naməlum silahlılar kömür mədəninə silahlı hücum ediblər.

 

Nəticədə 20 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Ölənlər arasında mədəndə işləyən qonşu Əfqanıstan vətəndaşları da var.

 

Bildirilir ki, oktyabrın 10-da axşam saatlarında terrorçular mədən ərazisinə basqın edib və bir yerə toplaşan mədənçiləri soyuqqanlılıqla güllələyiblər.

 

Hələlik regionda fəaliyyət göstərən ekstremist qrupların heç biri bu vəhşi cinayətə görə məsuliyyəti öz üzərinə götürməyib.

 

Maraqlıdır ki, mədəndə törədilən qanlı terror aktı Pakistanın paytaxtında böyük təhlükəsizlik sammitinin keçirilməsinə bir neçə gün qalmış baş verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.