Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianı ölkəsinə rəsmi səfərə dəvət edib.
TASS xəbər verir ki, Putin sözügedən dəvəti Türkmənistanın paytaxtı Aşqabadda baş tutan görüş zamanı edib.
Pezeşkian isə öz növbəsində dəvəti qəbul edib.
Senzor.az xatırladır ki, Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə İranın dövlət başçısı Məsud Pezeşkian arasında görüş olub.
Görüş türkmən klassiki, şair-mütəfəkkir Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunan “Zamanların və sivilizasiyaların qarşılıqlı əlaqəsi” forumunun kuluarlarında baş tutub.
Görüş zamanı Putin Rusiya ilə İran arasında ticarət dövriyyəsinin artdığını qeyd edərək, iki ölkənin beynəlxalq arenada fəal əməkdaşlığını diqqətə çatdırıb və baş verənlərlə bağlı çox vaxt oxşar mövqelərdən çıxış etdiklərini vurğulayıb.